
GADTB: ABŞ federal agentləri Dövlət katibi Marko Rubionun Qasım Süleymaninin bacısı qızı və bacısı nəvəsinin qanuni daimi sakin statusunu ləğv edib. Bundan sonra İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələri olan Qüds bölməsinin keçmiş komandanı Qasım Süleymaninin qardaşı qızı və nəvəsini həbs ediblər.
Həmidə Süleymani Əfşar və qızı hazırda ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin nəzarətindədirlər.
Dövlət Departamentinin açıqlamasında deyilir: “O, ABŞ-də yaşayarkən İran rejiminin təbliğatını aparıb, Yaxın Şərqdəki Amerika əsgərlərinə və hərbi obyektlərinə hücumları alqışlayıb, İranın yeni ali liderini tərifləyib, Amerikanı “Böyük Şeytan” adlandırıb və SEPAH-a sarsılmaz dəstəyini ifadə edib”.
Rubio həmçinin İranın keçmiş Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Laricaninin daimi yaşayış üçün hüquqi statusunu ləğv edib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi