Rusiya İranı qorumaq üçün nüvə sualtı qayığı ilə missiyaya başladı

GADTB: Hörmüz boğazı yaxınlığında Rusiya nüvə sualtı qayığının yerləşdirildiyi təsdiqlənib.

Sosial mediada yayılan məlumatlara görə, Moskva İrana dəstək məqsədilə altı sualtı qayığı, o cümlədən iki nüvə enerjisi ilə işləyən sualtı qayığı, Hörmüz boğazına göndərib.

Məlumata görə, bu sualtı qayıqların əsas missiyası ABŞ və İsrailin blokadanı pozmasının və ya İran sahillərinə yaxınlaşmasının qarşısını almaqdır.

Ekspertlər bildirirlər ki, bu hərbi yerləşdirmə Qərbə güclü siyasi mesajdır və İrana qarşı hər hansı böyük eskalasiyanın Rusiyanı da birbaşa əhatə edə biləcəyini göstərir./ Azad İran

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …