Türkiyənin “Çağrı Bəy” gəmisi Somalidə qazma işlərinə başlayacaq

GADTB: Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Çağrı Bəy” qazma gəmisinin Somaliyə çatdığını bəyan edib

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Çağrı Bəy” qazma gəmisinin Somaliyə çatdığını bəyan edib. Nazir rəsmi sosial media hesabında etdiyi paylaşımda bu hadisəni Türkiyə ilə Somali arasında enerji sahəsində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirib. Türkiyənin ölkə sərhədlərindən kənarda ilk xarici qazma kampaniyasına başladığını vurğulayan nazir bu tarixi missiyanın uğurla nəticələnməsini arzulayıb.

Dünyanın ikinci ən dərin dəniz quyusunu qazmağa hazırlaşan “Çağrı Bəy” gəmisi öz fəaliyyətini “Oruc Reis” tədqiqat gəmisinin apardığı seysmik işlər əsasında aparacaq. Belə ki, “Oruc Reis” gəmisi 234 gün davam edən missiyası çərçivəsində 4464 kvadrat kilometr ərazini tədqiq edərək potensial qazma sahələrini müəyyən edib. Toplanan məlumatların təhlilindən sonra yeddinci nəsil qazma gəmisi olan “Çağrı Bəy”in Moqadişo sahillərindən 372 kilometr məsafədə yerləşən “CURAD-1” quyusunda əməliyyatlara başlaması qərara alınıb.

Təxminən 288 gün davam edəcəyi gözlənilən əməliyyata 500 nəfərlik heyət cəlb olunub. Enerji donanmasına aid üç köməkçi gəminin müşayiət etdiyi prosesin təhlükəsizliyini isə Türkiyə Hərbi Dəniz Qüvvələrinin bölmələri təmin edəcək.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …