Şənbə , Aprel 25 2026
azfa

Tramp: İran gəmiləri ABŞ-ın tətbiq etdiyi dəniz blokadası zonasına yaxınlaşsa vurulacaq

GADTB: ABŞ prezidenti Donald Trump açıqlamasında İranın hərbi-dəniz qüvvələrinin “tamamilə məhv edildiyini” iddia edib və 158 gəminin sıradan çıxarıldığını bildirib.

O xəbərdarlıq edərək qeyd edib ki, İran gəmilərinin ABŞ-ın tətbiq etdiyi dəniz blokadası zonasına yaxınlaşması dərhal reaksiya ilə qarşılanacaq.

Tramp əlavə edib ki, yalnız az sayda “sürətli hücum” tipli katerlər hədəfə alınmayıb, çünki onlar ciddi təhlükə hesab olunmayıb. Lakin bu vasitələrin blokada zonasına yaxınlaşacağı təqdirdə, ABŞ hərbi-dəniz əməliyyatlarında istifadə olunan “sürətli və sərt sistemlə” məhv ediləcəyi vurğulanıb.

ABŞ prezidenti həmçinin iddia edib ki, həyata keçirilən tədbirlər nəticəsində dəniz yolu ilə ölkəyə daxil olan narkotiklərin 98,2 faizi dayandırılıb.

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda …