
GADTB: Reuters agentliyi xəbər verir ki, ABŞ və İran rəsmiləri bu həftə Pakistanın paytaxtı İslamabad şəhərində atəşkəs danışıqlarını yenidən başlada bilərlər.
Məlumata görə, bu informasiya dörd fərqli mənbəyə əsaslanır. ABŞ prezidenti Donald Trump isə bildirib ki, İran “razılaşma əldə etməyə ciddi şəkildə maraqlıdır”.
ABŞ-ın vitse-prezidenti J. D. Vance da açıqlamasında Vaşinqtonun danışıqlarda müəyyən irəliləyiş əldə etdiyini deyib və vurğulayıb ki, “qərar indi İranın əlindədir”.
O əlavə edib ki, Hörmüz boğazı açılması razılaşma prosesinin davamı üçün əsas şərtlərdən biridir və İranı “iqtisadi terrorizm”də ittiham edib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi