Cümə axşamı , Noyabr 19 2026
azfa

ABŞ NATO müttəfiqlərinə qarşı tədbirləri nəzərdən keçirir

GADTB: Pentaqon daxilində dövriyyədə olan daxili elektron məktub ABŞ-ın bəzi NATO müttəfiqlərinə qarşı mümkün tədbirləri müzakirə etdiyini göstərir.

Məlumata əsasən, Vaşinqton hesab edir ki, bəzi NATO ölkələri İranla bağlı hərbi əməliyyatlar zamanı ABŞ-la kifayət qədər əməkdaşlıq etməyib. Bu səbəbdən müxtəlif “təzyiq variantları” nəzərdən keçirilir.

Hesabatda qeyd olunur ki, müzakirə edilən variantlardan biri İspaniyanın NATO-dakı statusunun dayandırılması, eləcə də ABŞ-ın Böyük Britaniyanın Folklend adaları üzərindəki iddiasına münasibətinin yenidən qiymətləndirilməsidir.

Bildirilir ki, bu sənəd bəzi ölkələrin ABŞ qüvvələrinə baza, hava məkanı və uçuş icazələrinin verilməsində tərəddüd göstərməsi və ya bundan imtina etməsi fonunda hazırlanıb.

Elektron məktubda həmçinin bəzi ölkələrin NATO daxilində mühüm və təsirli mövqelərdən kənarlaşdırılması təklifi də yer alır. Bununla belə, ABŞ-ın NATO-dan çıxması və ya Avropadakı hərbi bazalarının bağlanması ilə bağlı hər hansı təklifin olmadığı qeyd edilir.

Pentaqon sözçüsü məsələyə münasibət bildirərək qeyd edib ki, ABŞ müttəfiqlərinin daha aktiv rol oynaması üçün müxtəlif variantları nəzərdən keçirir, lakin bu müzakirələrin detalları açıqlanmayıb.

Həmçinin yoxlayın

May Sato: Müharibə dey ayı etirazları zamanı baş verənlərin unudulmasına səbəb olmamalıdır

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Sato Fransa parlamentində çıxışı zamanı bildirib: …

Netanyahu: İslam Respublikasının nüvə təhdidi İsrail sərhədlərində dayanmayacaq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …