Şənbə , Aprel 25 2026
azfa

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda Pakistanda yenidən başlana biləcəyini bildirib.

Məlumata görə, Pakistan hökumətindəki mənbələrdən biri bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin “cümə axşamı axşam saatlarında İslamabada gəlməsi gözlənilir”.

Hesabatda qeyd olunur ki, mənbələrdən ikisi – Pakistan hökumət üzvləri – ABŞ-ın logistika və təhlükəsizlik qrupunun mümkün danışıqlar üçün əvvəlcədən ölkədə yerləşdirildiyini bildiriblər.

Vaşinqton və Tehran hələlik bu xəbərə rəsmi reaksiya verməsə də, ABŞ-ın müdafiə naziri Pit Heqset mətbuat konfransında İranın ABŞ ilə “yaxşı bir razılaşma” əldə etmək imkanı olduğunu deyib.

İran dövlət xəbər agentliyi İRNA isə yazır ki, Abbas Əraqçi 4 ordibehişt tarixindən etibarən İslamabad, Məsqət və Moskvanı əhatə edən regional səfərə başlayacaq. Bildirilir ki, səfərin məqsədi “ikitərəfli məsləhətləşmələr və regiondakı son hadisələrin müzakirəsi”dir.

Qeyd edək ki, tərəflər arasında danışıqların yeni mərhələsinin bu həftənin çərşənbə axşamı keçirilməsi planlaşdırılsa da, İran bu görüşdə iştirak etməyə hazır olmadığını açıqlayıb. ABŞ vitse-prezidenti Cey Di Vens də danışıqlarda iştirak etmək üçün Vaşinqtonu tərk etməyib.

Buna baxmayaraq, ABŞ prezidenti Donald Tramp son anda birtərəfli qaydada atəşkəsin müddətini iki həftə uzadaraq danışıqların bərpası üçün əlavə vaxt yaradıb.

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

Azərbaycan İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyi 23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı …