Cümə axşamı , Aprel 30 2026
azfa

Molla rejimində daxili ixtilaflar açıq müstəviyə keçir; hökumətyönlü qruplar “Təsnim”ə etiraz edir

GADTB: SEPAH-a bağlı Tasnim Xəbər Agentliyi tərəfindən İran hakimiyyətinin irəli sürdüyü “on şərt”in məsxərəyə qoyulması hökumət tərəfdarları arasında narazılıq yaradıb və daxili fikir ayrılıqlarının artdığını göstərib.

Məlumata görə, bəzi hökumətyönlü qruplar etiraz aksiyaları keçirərək və şüarlar yazaraq bu media qurumuna qarşı narazılıqlarını ifadə ediblər. Bu addımlar hakimiyyət daxilində gərginliyin artdığını göstərən siqnal kimi qiymətləndirilir.

Analitiklər hesab edir ki, baş verən hadisələr daxili parçalanmanın daha açıq şəkildə üzə çıxmasına və siyasi mühitdə qarşıdurmanın dərinləşməsinə işarə edir. Bu prosesin yaxın gələcəkdə daha kəskin daxili qarşıdurmalara səbəb ola biləcəyi ehtimal olunur.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …