Cümə , Sentyabr 18 2026
azfa

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər isə 44 günlük Vətən müharibəsində itkin düşmüş sayılır.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Birinci Qarabağ müharibəsində itkin düşənlərdən 3218 nəfər hərbçi, 781 nəfər mülki şəxs olub. Mülki şəxslərdən 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri qoca olub. İtkin düşənlərin 3711-i kişi, 288 nəfəri qadındır.

İkinci Qarabağ müharibəsində itkin düşmüş 6 nəfərin isə hamısı hərbçi olub.

Komissiyadan bildirilib ki, indiyədək 32 kütləvi məzarlıq aşkar edilib və ümumilikdə 877 nəfərə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Onlardan 309 nəfəri identifikasiya edilib, 220 nəfərin qalıqları ailələrinə təhvil verilib və dəfn olunub.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində 46 nəfərin qalıqları ekshumasiya edilib, onlardan 11 nəfəri aprel ayı ərzində aşkar olunub.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …