
GADTB: SAHA 2026 tədbirində bəzi texnologiyalar ilk dəfə geniş şəkildə nümayiş etdiriləcək.
Türkiyənin PUA istehsalçısı “Baykar” 1000 kilometrdən çox uçuş mənzili və süni intellekt dəstəkli avtonom imkanları ilə diqqət çəkən, milli və yerli imkanlarla hazırlanmış süni intellekt dəstəkli MIZRAK sursatını nümayiş etdirəcək.
“Baykar”ın K2 kamikadze PUA-sı və “Sivrisinek” adlı sursatı da SAHA 2026 sərgisində ilk dəfə sərgilənəcək.
Türkiyənin digər müdafiə sənayesi nəhəngi ASELSAN isə beş yeni məhsul və mövcud məhsullarının təkmilləşdirilmiş altı versiyasını təqdim edərək gələcəyin milli texnologiyalarını qlobal müdafiə ekosistemi ilə bir araya gətirəcək.
ROKETSAN və FNSS müdafiə sistemləri şirkəti arasında əməkdaşlıq nəticəsində hazırlanmış və geniş şəkildə “lazer silahı” kimi tanınan Xüsusi Enerji Silah Sistemi Platforması da SAHA 2026-da əlavə imkanları ilə nümayiş etdiriləcək.
Türkiyənin müdafiə sənayesi nəhəngi ROKETSAN-ın ən yeni və ən qabaqcıl texnologiya məhsulları da sərgidə təqdim olunacaq. Türkiyənin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” şirkəti (STM) isə müasir döyüş meydanının ehtiyacları üçün hazırlanmış hava və dəniz sistemlərini ilk dəfə sərgiləyəcək.
Qeyd edək ki, sərgidə 140-dan çox rəsmi heyət, 800-dən artıq rəsmi heyət üzvü və 200-dən çox kommersiya tədarük heyətinin nümayəndəsi iştirak edir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi