Cümə , Sentyabr 18 2026
azfa

İran və Birləşmiş Ərəb Əmirliyi arasında toqquşma olub

GADTB: İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) raket və PUA hücumlarını davam etdirir. Bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkənin müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemləri işə salınıb.

“Əhalini sakit olmağa və müvafiq qurumlar tərəfindən verilən təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq”, – MN-dən bildirilib.

Eyni zamanda “Fars” Xəbər Agentliyi BƏƏ-nin qırıcılarının Bəndər-Abbas limanını bombaladığını yazıb. “Yerli mənbələr Qeşm adasında və Bəndər-Abbas limanında partlayış səslərinin eşidildiyini bildirirlər”,

Qeyd edək ki, son iki gündür BƏƏ İran tərəfindən dron və raket hücumuna məruz qalması barədə informasiya yayıb. Tehran isə bu məlumatı təkzib edib.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …