Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və vəziyyəti barədə hələ də heç bir məlumat yoxdur.

Məhəmmədrza Mühümianın 1404-cü ilin 28 bəhmən tarixində davamlı getdiyi idman klubunun qarşısında zorla saxlanıldığı bildirilir.

Məlumata görə, onun saxlanılmasının səbəbi yalnız sosial şəbəkədə paylaşdığı bir “storiyə” görə olub.

Bu türkmən gəncin harada saxlanıldığı və səhhətinin vəziyyəti ilə bağlı indiyədək heç bir rəsmi məlumat yayılmayıb.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …