Çərşənbə , İyun 17 2026
azfa

CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlar keçirəcəyi barədə xəbərdarlıq edib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar aparılacağı barədə xəbərdarlıq edib.

Məlumata görə, əməliyyatlar boğazın ortasında yerləşən Omanın Musandam yarımadasının şimal hissəsini əhatə edəcək.

CENTCOM Hörmüz boğazından keçən gəmilərə ABŞ qüvvələri ilə əməkdaşlıq etməyi tövsiyə edib və bölgədəki təhlükəsizlik vəziyyətinin diqqətlə izlənildiyini bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı əlavə edib ki, minalama fəaliyyəti həyata keçirən və ya bu cür fəaliyyətlərə dəstək verən hər hansı gəmi ABŞ qüvvələri tərəfindən hədəf alınacaq.

Həmçinin yoxlayın

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …

ABŞ İrana qarşı əməliyyatlarda hansı məqsədlərə nail oldu?

GADTB: Reuters agentliyi analitik hesabatında ABŞ prezidenti Donald Trampın İran İslam Respublikasına qarşı müharibə ilə …