Şənbə , Avqust 8 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı İranda siyasi fəalların edam edilməsini pisləyib

GADTB: Beynəlxalq Əfv Təşkilatı İranda siyasi fəal və etiraz aksiyalarında iştirak edənlərin edam edilməsini pisləyib və ölüm hökmlərinin ədalətsiz məhkəmələrdə çıxarıldığını bildirib.

Təşkilat bununla bağlı bəyanat yayıb. Təşkilat həmçinin xəbərdarlıq edib ki, onlarla etirazçı, siyasi müxalifətçi və digər məhbus hələ də ölüm hökmü təhlükəsi altındadır və istənilən vaxt edam edilə bilər.

Beynəlxalq Əfv Təşkilatı fevralın 28-dən buyana ən azı 41 etirazçının edam hökmünün icra olunmasını bildirərək, Tehran rejiminin bu vasitədən narazıları və siyasi fəalları qorxutmaq, etirazçıları susdurmaq üçün istifadə etdiyini vurğulayıb.

Həmçinin yoxlayın

Molla rejimin oğurladığı azərbaycanlı fəal Məhəmmədhəsən Rəhiminin cansız bədəni tapılıb

GADTB: Əldə olunan məlumatlara görə, bir müddət əvvəl saxlanıldığı və ya itkin düşdüyü bildirilən azərbaycanlı …

İran rejimi Omanla danışıqların ortasında Hörmüz boğazında BƏƏ-yə məxsus neft tankerinə hücum edib

GADTB: Birləşmiş Ərəb Əmirlikləri avqustun 8-də İran rejiminin Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus neft …