
GADTB: ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Hörmüz boğazı istiqamətində hərəkət edən İranın dörd kamikadze pilotsuz uçuş aparatı ABŞ qüvvələri tərəfindən məhv edilib.
Bundan bir neçə saat sonra İranın Küveyt və Bəhreyn istiqamətində yeddi ballistik raket atdığı bildirilib. CENTCOM hücum dronlarının bölgədəki dəniz nəqliyyatına birbaşa təhlükə yaratdığını qeyd edib.
ABŞ qüvvələri cavab olaraq İranın Qoruq və Qeşm adalarında yerləşən sahilyanı müşahidə radar obyektlərinə zərbələr endirib. Vaşinqton bu addımın mümkün yeni dəniz hücumlarının qarşısını almaq məqsədi daşıdığını bildirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi