Çərşənbə axşamı , Sentyabr 1 2026
azfa

ABŞ İsrailin İrana hücumlarında iştirak etmədiyini deyir

GADTB: ABŞ rəsmiləri İsrailin İrana qarşı son hücumlarında Vaşinqtonun iştirak etmədiyini bildiriblər.
“Axios” nəşrinin ABŞ hərbi rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ ordusu İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda iştirak etməyib.

Bu açıqlama bəzi İsrail mənbələrinin hücumların ABŞ ilə koordinasiya şəraitində həyata keçirildiyini açıqladığı bir vaxtda verilib. Bildirilir ki, İsrail mediasında yer alan bəzi məlumatlarda əməliyyatın Vaşinqtonla əlaqələndirildiyi irəli sürülüb. ABŞ prezidenti Donald Tramp daha öncə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışdığını və ondan atəşkəsin pozulmasına cavab olaraq İranın raket hücumlarına qarşılıq verməməsini istədiyini bildirmişdi.

Həmçinin yoxlayın

Tramp: Hər gecə təxminən 30 gəmi Hörmüz boğazından keçir

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirir ki, Hörmüz boğazında vəziyyət “çox yaxşıdır” və orta hesabla …

Azərbaycanlı fəal Əhəd Əlivənd girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: Məlikkəndi sakini və sosial media fəalı Əhəd Əlivənd təxminən iki həftə əvvəl rejimin təhlükəsizlik …