Şənbə , İyun 27 2026
azfa

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı əldə etməməsinin vacibliyini vurğulayıb.

Rutte bildirib ki, NATO üzvü olan ölkələr İranın nüvə silahına sahib olmasına qarşı ortaq mövqedən çıxış edirlər. Onun sözlərinə görə, İranın hərbi nüvə qabiliyyəti əldə etməsi təkcə bölgə üçün deyil, bütün dünya üçün təhlükə yarada bilər.

Baş katib qeyd edib ki, İran heç bir halda nüvə silahına sahib olmamalıdır.

Rutte açıqlamasında Ankarada keçiriləcək NATO sammitinə hazırlıq işlərinin, eləcə də Avropa müttəfiqləri və Kanadanın müdafiə xərclərini artırması məsələlərinin müzakirə edildiyini bildirib.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …