Cümə , Noyabr 27 2026
azfa

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə olunacağı təqdirdə Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə təminat verilməyəcəyini bildirib.

Kazım Qəribabadi cümə günü X sosial şəbəkəsində yazıb: “İranın sahilyanı dövlət kimi nəzərə alınmadığı, qeyri-müəyyən mexanizmlərə, alternativ marşrutlara və ya İranın mövqeyindən kənarda qəbul edilən qərarlara əsaslanan keçidlərin təhlükəsizliyi təmin olunmur.”

O iddia edib ki, “hər hansı etibarlı mexanizm İranla koordinasiyaya və İslamabad Anlaşma Memorandumunun beşinci bəndinə əsaslanmalıdır. Əks halda, müəyyən edilmiş alternativ marşrutun fəaliyyəti dayandırılacaq.”

Bu açıqlama Hörmüz boğazında, Oman sahilləri yaxınlığında bir yük gəmisinə hücumdan bir gün sonra verilib.

ABŞ rəsmilərindən biri cümə günü bildirib ki, həmin hücum İran tərəfindən pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirilib. İran bu hücumun məsuliyyətini rəsmi şəkildə üzərinə götürməsə də, hadisə SEPAH-ın yalnız İranın müəyyən etdiyi marşrutlardan istifadə edən gəmilərin təhlükəsiz keçidə malik olacağı barədə xəbərdarlığından cəmi bir neçə saat sonra baş verib.

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsini hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB: Azərbaycanlı yazıçı, tədqiqatçı, jurnalist, ictimai və ekoloji fəal Milad Balsininin həbsindən 101 gün keçməsinə …

Azərbaycanlı fəal Rza Rəhimpur Hərqlan saxlanılıb

GADTB: Əcəbşirli, Azərşəhr (Tufarqan) sakini olan azərbaycanlı fəal Rza İbrahimpur Hərqlan saxlanılıb. Bu mədəni fəal …