Bazar ertəsi , İyun 29 2026
azfa

Azərbaycan İsrailin qondarma “erməni soyqırımı”nı tanımasını pisləyir

GADTB: İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.

Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.

İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq.

Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək”, – məlumatda bildirilib.

Həmçinin yoxlayın

Britaniya İranla ticarət aparan şirkətlərin cərimələnməsi imkanını araşdırır

GADTB: Böyük Britaniyanın Maliyyə Sanksiyalarının İcrası İdarəsinin rəhbəri Qaylz Tomson “Financial Times” qəzetinə müsahibəsində bildirib …

Əjdər Tağızadə: İran sazişə əməl etməsə, Venesueladan betər vəziyyətə salacaqlar

GADTB: “Şərq” portalı GADTB başqanı sayın Əjdər bəy Tağızadənin müsahibəsini dərc edib. Müsahibəni olduğu kimi …