Şənbə , Oktyabr 10 2026
azfa

Britaniya İranla ticarət aparan şirkətlərin cərimələnməsi imkanını araşdırır

GADTB: Böyük Britaniyanın Maliyyə Sanksiyalarının İcrası İdarəsinin rəhbəri Qaylz Tomson “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, qurum qanunsuz şəkildə İranla ticarət aparmış şirkətlərə qarşı cərimələrin tətbiqi imkanını nəzərdən keçirir.

Onun sözlərinə görə, son aylarda İranla bağlı sanksiyaların əhatə dairəsi genişləndirilib və Maliyyə Sanksiyalarının İcrası İdarəsi mümkün sanksiya pozuntularına dair işləri getdikcə daha fəal araşdırır.

Qaylz Tomson qeyd edib ki, bu addımlar İrana qarşı maliyyə sanksiyalarının daha effektiv icrasını təmin etmək və onların pozulması halları ilə mübarizəni gücləndirmək məqsədi daşıyır.

O, hazırda araşdırılan şirkətlərin adlarını və mümkün cərimələrin nə vaxt tətbiq olunacağı barədə əlavə məlumat verməyib.

Həmçinin yoxlayın

Koalisiya sözçüsü: Yəmən silahlı qüvvələri Bab əl-Məndəb boğazını təmizləyib, terrorçu husilər dəniz yolu ilə qaçıblar

GADTB: Koalisiya qüvvələrinin rəsmi sözçüsü oktyabrın 9-da, cümə günü keçirilən hərbi əməliyyata aid videonu yayımlayaraq …

Bir qrup Azərbaycan fəalı həbsdən müvəqqəti azadlığa buraxılan Əli Vasiqi ilə görüşüb

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 8-də, cümə axşamı, 5 milyard tümən girov müqabilində Ərdəbil …