Çərşənbə axşamı , İyul 14 2026
azfa

Donald Tramp ABŞ-ın Hörmüz boğazına nəzarəti öz üzərinə götürəcəyini deyir

GADTB: ABŞ Prezidenti Donald Tramp iyulun 13-də bildirib ki, Birləşmiş Ştatlar Hörmüz boğazına “nəzarəti” öz üzərinə götürür.

Donald Tramp “Fox & Friends” proqramına müsahibəsində deyib: “Biz boğaza nəzarəti ələ keçiririk. Onların heç nəyi yoxdur. Heç nəyi yoxdur.”

O, həmçinin İran nümayəndə heyətinin “dünən” keçirilən danışıqlarda razılaşdırılmış müddəaları dəyişdirməyə çalışdığını bildirərək onların danışıqlar taktikasını tənqid edib.

Ötən həftə Hörmüz boğazında bir neçə ticarət gəmisinə qarşı İranla əlaqələndirilən hücumlardan sonra ABŞ ordusu İranın müxtəlif bölgələrində onlarla hədəfə zərbələr endirib. SEPAH isə öz növbəsində regiondakı ABŞ hərbi bazalarını, xüsusilə Oman və Bəhreyndə yerləşən obyektləri hədəfə aldığını açıqlayıb.

Donald Tramp Fox News telekanalına açıqlamasında deyib: “Biz boğazın keşikçisinə çevriləcəyik.” O əlavə edib ki, ABŞ indiyədək Hörmüz boğazını “heç bir qarşılıq gözləmədən” qoruyub, lakin bundan sonra bunun xərclərini varlı ölkələr ödəməlidir.

ABŞ prezidenti bildirib: “Biz onun mühafizəsinə görə ödəniş alacağıq. Söhbət böyük məbləğlərdən gedir. Sadəcə bütün bu işləri görməyimizin, qüvvələrimizi riskə atmağımızın və çəkdiyimiz xərclərin qarşılanmasını istəyirik.”

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Kari Evin həbsxanasında 244 gündür qeyri-müəyyən vəziyyətdə həbsdədirlər

GADTB: Evin həbsxanasında saxlanılan Azərbaycan Milli Hərəkatının fəalları Abbas Lisani və Yusif Karı həbslərinin doqquzuncu …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …