Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Amerikanın Güney Azərbaycan və İran şəhərlərində irqçi fars rejiminin hədəflərinə hücumları

GADTB: Bu gün səhər saatlarında ABŞ Güney Azərbaycan və İran şəhərlərində irqçi fars rejiminin hədəflərinə genişmiqyaslı hücumlar həyata keçirib.

Bu gecə Təbrizdə çoxsaylı partlayış səsləri eşidilib. Şərqi Azərbaycan Vilayətinin Böhran İdarəetmə Baş İdarəsinin yaydığı məlumata görə, bu gün, 31 tir 1405-ci il tarixində, səhər saat 02:40 radələrində Təbriz şəhəri ətrafındakı hərbi bölgələrdən biri ABŞ ordusunun hava hücumuna məruz qalıb və eşidilən partlayış səsləri bununla bağlı olub. Bildirilib ki, Təbriz şəhərinin daxilində heç bir məntəqə hədəfə alınmayıb.

Eyni zamanda, sosial şəbəkələrdə Təbriz yaxınlığındakı Əsbəs Xosrovşah ərazisində baş vermiş hadisə yerinə aid görüntülər yayılıb.

Bəzi mənbələr həmin ərazinin hücuma məruz qaldığını iddia ediblər. Son günlər Təbrizin müxtəlif bölgələrində və Səhənd raket bazası ətrafında partlayışlar və hücumlar barədə də məlumatlar yayılmışdı.

Məlumatlara görə, Qərbi Azərbaycan vilayətinin Tikantəpə (Tikab) şəhərindən 30 kilometr məsafədə yerləşən Ağdərə bölgəsi də bombardman edilib.

Bununla yanaşı, Zəncan, Həmədan və Kabudar Ahəng bölgələri də hədəfə alınıb.

Bu arada, Fars xəbər agentliyi Sirik şəhərində bir neçə partlayışın baş verdiyini bildirib. Yeni qarşıdurmaların başlanmasından keçən on bir gecə ərzində Sirik hər gecə hücuma məruz qalıb.

Digər tərəfdən, İranın daxili xəbər agentlikləri Mahşəhr və Buşehr, Abdanan rayonundakı Dinarkuh yüksəklikləri, Anarq yüksəklikləri, Behbəhan və Ümidiyyə ətrafı, eləcə də Çabahar və Kənərək bölgələrində partlayışların baş verdiyini xəbər veriblər.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …