Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə bağlı əldə olunan məlumatları beynəlxalq tərəfdaşlarla paylaşmaq barədə göstəriş verəcək.

Zelenskinin sözlərinə görə, Ukrayna iyul ayının əvvəlindən etibarən Rusiyanın Fars körfəzi ölkələri və bölgədəki ABŞ hərbi obyektləri üzərində aktiv peyk müşahidəsi apardığını qeydə alıb və həmin görüntülərin sonradan İranın ixtiyarına verildiyi müəyyən edilib.

Ukrayna Prezidenti qeyd edib ki, Rusiyanın bu obyektlər üzərində apardığı peyk çəkilişləri ilə İranın həyata keçirdiyi hücumlar arasında aydın əlaqə mövcuddur. Onun sözlərinə görə, görüntülər həm hücumlara hazırlıq mərhələsində, həm də sonradan zərərin qiymətləndirilməsi məqsədilə istifadə olunur.

Zelenski əlavə edib ki, təkcə iyulun 19–20-də Rusiyanın peykləri Bəhreyn, İordaniya və Küveytdə yerləşən dörd hava bazasını müşahidə edib.

Ukrayna Prezidenti vurğulayıb ki, dünya “şərin” daim genişlənməyə çalışdığı gerçəyinə göz yummamalıdır və Rusiyanın fəaliyyəti dayandırılmalıdır.

Həmçinin yoxlayın

İran İslam Respublikası rejimi ABŞ-ın təhdidlərini bəhanə gətirərək MAQATE-nin tam nüvə nəzarətini rədd etdi

GADTB: “Bloomberg” agentliyinin məlumatına görə, İran İslam Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tam nəzarətini …

Molla rejimi sanksiyalardan yayınmaq üçün Çində gizli neft infrastrukturu qurub

GADTB: Molla rejimi ABŞ-nin neft sanksiyalarından yayınaraq ixracı davam etdirmək məqsədilə Çində gizli neft infrastrukturu …