Çərşənbə , Sentyabr 16 2026
azfa

ABŞ İranda etirazçıların edamlarının dayandırılmasını istədi

GADTB: ABŞ Dövlət Departamenti İranda etirazçılara qarşı tətbiq olunan edam cəzalarını tənqid edərək, siyasi məhbusların azad olunmasını və insanların “dinc hüquq müdafiə fəaliyyəti” səbəbindən edam edilməsinə son qoyulmasını tələb edib.

ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək məsələləri üzrə köməkçisi Rayli Barns bazar günü X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib:

“İran rejiminin öz vətəndaşlarını, səsini ucaltmağa cəsarət edən cəsur gəncləri edam etməsini qətiyyətlə pisləyirik.”

O əlavə edib: “Biz İranda bütün siyasi məhbusların azad edilməsi, insanların dinc insan hüquqları fəaliyyəti və fundamental azadlıqlardan istifadə etdiklərinə görə edam edilməsinə son qoyulması tələbinə qoşuluruq. Dünya bunu izləyir.”

Amnesty International bu ilin may ayında yaydığı hesabatda bildirmişdi ki, İran hakimiyyəti 2025-ci ildə rekord sayda – 2 159 nəfəri edam edib. Təşkilatın qiymətləndirməsinə görə, bu göstərici dünya üzrə edamların sayını 1981-ci ildən bəri ən yüksək səviyyəyə çatdırıb.

Məlumatlara görə, ABŞ və İsrailin İrana hücumlarından sonra ölkədə edamların sayı, o cümlədən yanvar etirazlarında iştirak etmiş şəxslər və İsrailə casusluqda ittiham olunan şəxslərlə bağlı hökmlərin icrası nəzərəçarpacaq dərəcədə artıb.

Bu hökmlərə etiraz olaraq, Qızılhisar həbsxanasında saxlanılan bir qrup məhbus iyulun 13-dən etibarən aclıq aksiyasına başlayıb.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …