
GADTB: “Nüvə Silahlı İrana Qarşı Birlik” (United Against Nuclear Iran – UANI) təşkilatı bildirib ki, 50 gün öncə elan olunan razılaşmadan bəri İranın neft və neft-kimya məhsulları daşıyan 66 tankeri Oman körfəzindən çıxarkən izləyib.
Təşkilatın hesabatına görə, bu dövrdə həyata keçirilən neft və neft-kimya ixracı nəticəsində SEPAH-ın təxminən 6 milyard ABŞ dollarından çox gəlir əldə etdiyi hesablanır. Hesabatda bildirilir ki, bu vəsait İranın raket və pilotsuz uçuş aparatı proqramlarının maliyyələşdirilməsində istifadə olunur.
UANI qeyd edib ki, bu rəqəm təxmini hesablamadır, çünki Çinin İran xam neftini hansı qiymətə və hansı həcmdə aldığı barədə məlumatlar açıq şəkildə dərc edilmir.
Təşkilatın məlumatına görə, İranın bu növ neft yüklərinin bir bareli təxminən 10–12 ABŞ dolları endirimlə satılır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi