Cümə axşamı , Sentyabr 24 2026
azfa

Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma layihəsinin Müctəba Xamenei tərəfindən təsdiqlənəcəyi iddia edilir

GADTB: Associated Press agentliyi bildirib ki, Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma layihəsi yekunlaşdırılıb və sənəd hazırda Müctəba Xameneinin son təsdiqini gözləyir.

Associated Press İran və Oman arasında aparılan danışıqlardan məlumatlı iki regional mənbəyə istinadən yazıb ki, Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma layihəsi tamamlanıb və Müctəba Xameneinin yekun təsdiqini gözləyir.

Məlumata görə, mümkün razılaşma ABŞ ilə İran arasında Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı yaranmış fikir ayrılığının müvəqqəti həlli kimi nəzərdə tutulur.

Həmin iki mənbənin sözlərinə görə, bu razılaşma ABŞ ilə İran arasında iyun ayında əldə olunmuş, münaqişələrin dayandırılması və Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan anlaşma əsasında hazırlanıb. Lakin həmin anlaşma son nəticədə həyata keçirilməyib.

Associated Press yazır ki, bu razılaşma təsdiqlənərsə, ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı yekun razılaşmanın əldə olunması məqsədilə danışıqların yenidən başlanmasına zəmin yarada bilər.

Bu məlumat Müctəba Xameneinin İranın strateji qərarlarında oynadığı rol barədə uzun müddətdir davam edən siyasi müzakirələr fonunda yayılıb. Bununla belə, İran rəsmiləri indiyədək Associated Press-in bu məlumatına münasibət bildirməyib, xəbəri nə təsdiq, nə də təkzib ediblər.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …