Çərşənbə axşamı , Avqust 11 2026
azfa

Ərdəbildə azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçiriblər

GADTB: İran Telekommunikasiya Şirkətinin Ərdəbil şəhərindəki təqaüdçüləri etiraz aksiyası keçiriblər.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etiraz ediblər.

Onlar həmçinin əmək haqqının tənzimlənməsinin üçüncü mərhələsinin həyata keçirilməsini, 89.24 saylı Məşğulluq Qaydalarının tətbiqini, ərzaq müavinətinin yenilənməsini və əlavə sığorta problemlərinin həllini istəyiblər.

Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir.

Həmçinin yoxlayın

“Koroğlu” tamaşası yenidən Təbrizdə səhnəyə qoyulacaq

GADTB: Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmış “Koroğlu” epik tamaşası bir neçə aylıq fasilədən sonra Təbrizdə …

İraqda terrorçuları tərksilah planı SEPAH-ı hərəkətə keçirib

GADTB: İranın terrorçu İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanı İsmayıl Qaani Bağdada səfər …