Cümə axşamı , Avqust 13 2026
azfa

İran rəsmisi: “Xəzər dənizinin səviyyəsi ən aşağı həddinə çatıb”

GADTB: Xəzər dənizində suyun səviyyəsi son 200 ilin ən aşağı həddinə çatıb. Bu barədə İranın Mazandaran əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi Məhəmmədrza Kənani xəbər verib. Onun sözlərinə görə, Xəzərin səviyyəsi hər il təxminən 10-20 santimetr azalır.

Kənani bildirib ki, son 20 ildə Xəzər dənizinin suyunun temperaturu təxminən 1,5 dərəcə Selsi artıb, buxarlanma isə 10-15 faiz yüksəlib. O, əsas səbəblər arasında iqlim dəyişikliyini və dənizə daxil olan çayların su axınının azalmasını göstərib.

Məlumata görə, Xəzər dənizinə daxil olan suyun təxminən 75 faizi çayların, bunun da böyük hissəsi Volqa çayının hesabına formalaşır.

Ekoloq dəniz səviyyəsinin daha da azalmasının sahil yaşayış məntəqələri, infrastruktur və Xəzərin ekosistemi üçün ciddi təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib./Azad İran

Həmçinin yoxlayın

CENTCOM: ABŞ və regional tərəfdaşları çoxmillətli hücum PUA-ları birliyi yaradacaq

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 13-də, cümə axşamı, “Falcon Strike” adı verilən ilk çoxsahəli …

Hegset: İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə davam etdirə bilərik

GADTB: ABŞ müdafiə naziri Pit Hegset cümə axşamı jurnalistlərlə söhbətində ABŞ ordusunun İran limanlarına tətbiq …