Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Trampın hərbi təhdiddən İrana qarşı “iqtisadi boğma” siyasətinə dönüşü

GADTB: İranla ABŞ arasında razılaşma əldə olunması üçün müəyyən edilmiş müddətin başa çatması yaxınlaşdıqca, Donald Tramp administrasiyasının Tehran üzərinə iqtisadi təzyiqi daha da artırmağa yönəldiyi barədə əlamətlər müşahidə olunur.

Ağ Evdəki bir rəsmi bildirib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar və dəniz blokadası İran İslam Respublikasını maliyyə baxımından “tam iflas” həddinə çatdırıb.

Rəsmi əlavə edib ki, Trampın Tehran üzərində təzyiqi artırmaq üçün digər vasitələri də mövcuddur və onların qarşıdakı aylarda tətbiq edilməsi mümkündür. Lakin o, sözügedən vasitələrin mahiyyəti barədə açıqlama verməyib.

Bloomberg bu yanaşmanı Vaşinqtonun son günlərdə hərbi əməliyyatların genişləndirilməsi ilə bağlı təhdidlərindən sonra əhəmiyyətli dönüş kimi qiymətləndirib. Nəşr qeyd edib ki, iqtisadi təzyiqə yenidən üstünlük verilməsi Trampın ilk prezidentlik dövründə həyata keçirdiyi “maksimum təzyiq” siyasətini xatırladır.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …