
GADTB: İsveçrənin “Le Temps” qəzeti dərc etdiyi məqalədə İranın ali rəhbəri Müctəba Xameneyi tərəfindən həyata keçirilən son hərbi təyinatlar dalğasını təhlil edib.
Qəzet hərbi və təhlükəsizlik aparatının 6 təcrübəli rəsmisinin kritik vəzifələrə təyin edilməsini SEPAH-ın ölkənin hərbi qüvvələri, xarici siyasəti və daxili idarəetmə mexanizmləri üzərindəki nüfuzunun daha da möhkəmlənməsinin göstəricisi kimi qiymətləndirib.
“Le Temps” yazır ki, bu genişmiqyaslı təyinatlar İran prezidenti Məsud Pezeşkianın rolunun faktiki olaraq sadəcə icraçı, yəni inzibati bir səviyyəyə endirildiyini göstərir.
Əvvəllər də İranın müharibə idarəçiliyi aparatında yer alan bu altı nəfərə rəsmi səlahiyyətlərin verilməsi bazar ertəsi günü İranın dövlət mediası tərəfindən elan edilib.
İlk baxışda bu addım həlak olmuş bir neçə komandirin yerini doldurmaq kimi görünsə də, onlara tapşırılan vəzifələr daha dərin planlardan xəbər verir.
Bu tapşırıqlara aşağıdakılar daxildir:
◦ Komandanlıq mərkəzlərinin birləşdirilməsi;
◦ Hücum əməliyyatlarının hazırlanması;
◦ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat imkanlarının gücləndirilməsi;
◦ Ölkə daxilində nəzarət və kəşfiyyat şəbəkəsinin genişləndirilməsi.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi