Çərşənbə axşamı , Avqust 18 2026
azfa

Təbrizdə elektrik kəsintiləri Tehranın göstərişi ilə müəyyənləşdirilir

GADTB: Təbrizdə uzunmüddətli elektrik kəsintiləri ilə bağlı narazılıqların artması fonunda Təbriz Elektrik Paylayıcı Şirkəti bəzi abonentlər üçün kəsintilərin ikinci mərhələsinin tətbiqi ilə bağlı açıqlama verib.

Təbriz Elektrik Paylayıcı Şirkətinin baş direktoru Əkbər Fərəcniya bəzi abonentlər üçün elektrik kəsintilərinin ikinci mərhələsinin tətbiq edildiyini təsdiqləyib. O bildirib ki, əvvəllər bu mərhələ tətbiq edilmirdi, lakin şəbəkəyə düşən yükün artması və mövcud vəziyyətlə əlaqədar Tehranın göstərişi ilə kəsinti cədvəlinə əlavə edilib.

Fərəcniyanın sözlərinə görə, elektrik kəsintilərinin vaxt cədvəli əvvəlcədən elan olunub və «Barq-e Mən» sistemində də yerləşdirilib.

O vurğulayıb ki, ikinci mərhələ üzrə elektrik kəsintiləri bütün abonentlərə şamil edilmir və abonentlərin təxminən 10–20 faizini əhatə edir.

Təbriz Elektrik Paylayıcı Şirkətinin baş direktoru əlavə edib: «Əvvəllər ikinci kəsinti mərhələsi tətbiq olunmurdu. Lakin Tehranın bildirişi və şəbəkənin yük vəziyyəti nəzərə alınaraq bu mərhələni də əlavə etməyə məcbur olduq».

Təbriz sakinlərinin ən təməl hüquqlarından biri olan elektrik enerjisinin verilməsi ilə bağlı qərarların şəhərin yerli qurumları tərəfindən deyil, Tehran tərəfindən müəyyənləşdirilməsi, İran rejiminin Cənubi Azərbaycana qarşı ayrı-seçkilikçi və müstəmləkəçi siyasətinin göstəricilərindən biridir.

Həmçinin yoxlayın

Təbriz, Ərdəbil və Xiyavda azərbaycanlı fəallar molla rejimin təhlükəsizlik qurumlarına telefonla çağırılıblar

GADTB: Təbriz, Ərdəbil və Xiyav şəhərlərində azərbaycanlı fəalların Təhlükəsizlik İdarəsinə telefonla çağırılması halları artıb. Məlumatlara …

Molla rejimi Zəngəzurdan yan keçmək üçün Ermənistanda Qacaran-Aqarak marşrutunu tikir

GADTB: Ermənistanın cənubunda Sünik vilayətində İran sərhədi yaxınlığında 7.2 km-lik Qacaran tuneli və 32 km-lik …