Cümə , Sentyabr 4 2026
azfa

Netanyahu i24-ə müsahibəsində: İran rejimi süqut edəcək, biz onu devirəcəyik

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, 2017. / AFP PHOTO / POOL / RONEN ZVULUN

GADTB: İsrailin Baş naziri Binyamin Netanyahu i24 kanalına müsahibəsində bildirib ki, İsrail nəhayət “ahtapotun başı”, yəni İran rejimi ilə qarşı-qarşıya gəlib və “şər oxu”nu ciddi şəkildə hədəfə alıb.

O vurğulayıb ki, İsrail pilotları daha əvvəl İranda olublar və “istənilən an” yenidən orada ola bilərlər. Netanyahu əlavə edib ki, onun rəhbərliyi altında İsrailin bütün dövlət strukturları İran rejiminin məğlub edilməsi və devrilməsi istiqamətində fəaliyyət göstərir.

Binyamin Netanyahu:

— Seçkilərdən sonra başqa bir şəxsin başqa bir yerdə İran məsələsinə cavabdeh olacağı vəziyyətdən narahatsınız?

— Bu, xalqın seçimidir. Amma düşünürəm ki, başa düşülməsi vacib olan məsələlərdən biri də budur.

Demək istədiyim odur ki, sonda biz İranla, ahtapotun başı ilə qarşılaşacağıq, qollarını kəsəcəyik və bu şər oxunu ağır şəkildə zədələyəcəyik. Biz bunu çox böyük güclə etdik.

Bizim pilotlarımız orada olublar və onlar istənilən an yenidən orada ola bilərlər.

— Bunu İranla hazırkı gərginliyin artması fonunda deyirsiniz? Yəni onlar istənilən an orada ola bilərlər?

— Bəli, onlar istənilən an orada ola bilərlər.

Biz bu rejimi məğlub edəcəyik.

— Məğlub etmək deyəndə nəyi nəzərdə tutursunuz? Rejim süqut edəcək?

— Süqut edəcək. Biz onu devirəcəyik.

— Mossad rəhbəri Roman Qafmanın İranda rejimin devrilməsi istiqamətində fəaliyyət göstərdiyini deyirsiniz?

— Mənim rəhbərliyim altında bütün strukturlarımız bu rejimin devrilməsi və məğlub edilməsi istiqamətində fəaliyyət göstərir.

Həmçinin yoxlayın

BMT-nin xüsusi məruzəçisi: İranda xalqlar xarici hücum və daxili repressiya arasında sıxışıb qalıb

GADTB: BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi İrana qarşı ABŞ-ın yeni hücumlarına toxunaraq bildirib: …

Tramp: Hörmüz boğazından neft axını müharibədən əvvəlki səviyyəyə qayıdıb

GADTB: ABŞ Prezidenti cümə axşamı, sentyabrın 3-də özünün “Truth Social” sosial şəbəkəsində paylaşdığı yazıda Hörmüz …