
GADTB: Təbriz Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı türk fəal Əli Babayi yeni məhkəmə işi üzrə “rejim əleyhinə təbliğat” ittihamı ilə 9 ay müddətinə həbs cəzasına məhkum edilib.
Daxil olan məlumatlara görə, Babayi şənbə günü, 5 sentyabr 2026-cı il Təbriz Mərkəzi Həbsxanasının “təhlükəsizlik və sağlamlıq bölməsi” kimi tanınan 7-ci bölməsindən hakim Həmlbərin sədrliyi ilə fəaliyyət göstərən Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə aparılıb. Məhkəmə iclasından sonra azərbaycanlı fəal yenidən həbsxanaya qaytarılıb.
Bu hökm Əli Babayinin daha əvvəl də bir neçə məhkəmə işi üzrə ağır həbs cəzalarına məhkum edildiyi bir vaxtda çıxarılıb. O, əvvəlki işlərdən birində “Demokratlar” adlanan qrupa üzvlük ittihamı ilə 2 il 9 ay, digər bir işdə isə “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Yeni 9 aylıq hökm də nəzərə alındıqda, bu azərbaycanlı fəal barəsində çıxarılmış həbs cəzalarının ümumi müddəti 7 il 3 aya çatıb.
Yeni hökm Əli Babayinin hələ də Təbriz Mərkəzi Həbsxanasında cəzasını çəkdiyi bir vaxtda çıxarılıb. Onun barəsində yeni iş açılması və hökm çıxarılması azərbaycanlı fəallar tərəfindən Azərbaycandakı mülki fəallara qarşı məhkəmə təzyiqlərinin və yeni cinayət işlərinin davamı kimi qiymətləndirilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi