
GADTB: İran dəniz blokadası, hərbi əməliyyatlar və ABŞ-ın sanksiyaları səbəbindən getdikcə artan təzyiqlərlə üzləşir və ölkə rəsmiləri hökumət əleyhinə etirazların yenidən başlamasından narahatdırlar.
“Reuters” xəbər agentliyi bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
Adları açıqlanmayan yüksək rütbəli iranlı rəsmilərin sözlərinə görə, İran hökuməti ABŞ-ın maliyyə naziri Skott Bessentin elan etdiyi “misli görünməmiş” iqtisadi tədbirlərə qarşı mübarizədə getdikcə daha böyük çətinliklərlə üzləşir.
ABŞ-ın tədbirləri İranın ölkə iqtisadiyyatının ayaqda qalmasına kömək edən xarici valyutaya çıxışını, idxal imkanlarını və qlobal maliyyə şəbəkələrinə çıxışını ciddi şəkildə azaldıb.
İran rəhbərləri qiymətlərin artmasının, ticarətin azalmasının və vətəndaşların gəlirlərinin kəskin şəkildə aşağı düşməsinin ölkə üzrə genişmiqyaslı narazılıqların yenidən alovlanmasına səbəb ola biləcəyindən ehtiyat edirlər.
Mənbələr bildirirlər ki, İran rəsmiləri xüsusilə yanacaq və buğda da daxil olmaqla, idxal olunan əsas zəruri malların çatışmazlığından narahatdırlar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi