
GADTB: Fatimiyun və Zeynəbiyun terrorçularının İranda yerləşdirilməsi bəluç əhaliyə qarşı repressiya ilə bağlı narahatlıq yaradıb.
“Haalvsh” xəbər kanalının məlumatına görə, SEPAH son aylarda Əfqanıstan və Pakistan şiələrindən ibarət “Fatimiyun” və “Zeynəbiyun” qruplaşmalarını Sistan və Bəluçistanın bir çox şəhərlərində (Zahidan, Çabahar, İranşəhr və s.) yerləşdirib.
Bu addım ehtimal olunan etirazların yatırılması narahatlığını artırıb.
Məlumata görə, SEPAH bəzi yerli Bəsic bazalarını yerli qüvvələrdən alaraq bu silahlılara verib ki, bu da yerli sakinlərin narazılığına səbəb olub.
Qeyd edək ki, bu qruplaşmalar 2013-cü ildən Suriyadakı qətliamlarda və etirazların yatırılmasında mühüm rol oynayıblar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi