Cümə , Sentyabr 11 2026
azfa

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il Məhəmməd Hüseyn Behcəti Təbrizinin (Şəhriyar) anım mərasimi beş gün müddətinə şairin doğma Xoşgənab kəndi və Təbrizdə keçiriləcək.

“Bu il ustad Şəhriyarın xatirəsini yad etmək proqramlarını yalnız rəsmi mərasimlə məhdudlaşdırmayaraq, fərqli və müxtəlif formalarda keçirməyə çalışırıq”,- o bildirib.

Payan əlavə edib ki, anım mərasimləri ilə yanaşı, bu proqramlar çərçivəsində ustad Şəhriyarın şəxsiyyətinin və ədəbi irsinin müxtəlif aspektləri təhlili üçün ədəbi görüşlər, mədəni proqramlar və bədii seminarlar da təşkil olunacaq.

Qeyd edək ki, 2 yanvar 1906 ildə anadan olan Şəhriyar, 18 sentyabr 1988-ci ildə Tehranda dünyasını dəyişib və 20 sentyabrda Təbrizdə Məqbərətüş-şüəra (Şairlər məqbərəsi) kompleksində torpağa tapşırılıb.

Həmçinin yoxlayın

Molla rejimin Qoşaçay və Çaharbürcdəki qeydiyyat idarəsi azərbaycanlı körpəyə Sevgi adına doğum şəhadətnaməsi verməkdən imtina edib

GADTB: Qərbi Azərbaycan vilayətinin Qoşaçay və Çaharbürc bölgəsindəki rejimin qeydiyyat idarəsinin məsul şəxsləri azərbaycanlı körpəyə …

Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq

GADTB: Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib Zəngəzur dəhlizi …