
GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı (3 038 nəfər) rədd edib və real itkilərin bu rəqəmdən “əhəmiyyətli dərəcədə çox” olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp və hüquq müdafiəçiləri ölənlərin sayının 54 minə çatmış ola biləcəyini təxmin edirlər.
Görüntülər etirazçılara qarşı pulemyotlar və avtomobillərdən istifadə olunmaqla güc tətbiq edildiyini göstərir.
Əli Xameneyinin göstərişi ilə baş verən bu qətliamdan sonra ABŞ və İsrail “Epik Qəzəb” adlı əməliyyat keçirərək Xameneyi və SEPAH komandirlərini zərərsizləşdirib.
Donald Tramp İran xalqına müraciət edərək azadlıq saatının yaxınlaşdığını və hakimiyyəti öz əllərinə almalarını bildirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi