
GADTB: İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı, Tel-Nof aviabazasına səfər edib. O bildirib ki, İsrailin düşmənlərinin oktyabrın 27-də keçiriləcək seçkidən əvvəl ölkəyə hücum etmək niyyətində olduğuna dair əlamətlər var.
Netanyahu səfər zamanı İsrail Hərbi Hava Qüvvələrinə işarə edərək düşmənlərə müraciətlə deyib:
“Bizimlə qarşıdurmaya girməyin; nə indi, nə də heç vaxt. Bizim uzun qolumuz istənilən yerdə və istənilən vaxt sizə çatacaq.”
Onun sözlərinə görə, İsrail qüvvələri son həftələrdə Qəzza zolağında 100-dən çox “terrorçunu” öldürüb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi