
GADTB: Qərbi Azərbaycanın Şot şəhərindən olan ağır atlet Əli Alipur Asiya Oyunlarında qızıl medal qazandıqdan və yarışlarda dəyərli rekordlara imza atdıqdan sonra Traxtur şalı ilə doğma şəhərinə qayıdıb və yerli sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Alipur Asiya Oyunlarında 95 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. O, birdəfəlik qaldırmada 180 kiloqramlıq çəkini qaldıraraq Asiya Oyunları rekordunu da yeniləyib.
2003-cü il noyabrın 26-da Şot şəhərində anadan olan ağır atlet daha əvvəl də Traxtura olan marağını açıqlayaraq bu komandanın oyunlarını stadiondan izləmək istədiyini bildirmişdi.
Çempionun şəhərə qayıdışı zamanı boynunda Traxtur şalı ilə xalq tərəfindən qarşılanması diqqət çəkən görüntülər yaradıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi