Cümə axşamı , Oktyabr 8 2026
azfa

ABŞ İranla əlaqəli 6 nəfəri, 27 şirkəti və 22 gəmini sanksiya siyahısına salıb

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqələrə görə 6 nəfərə, 27 şirkətə və 22 gəmiyə qarşı sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, sanksiyalara İran İslam Respublikası ilə əməkdaşlıq etdikləri bildirilən Hindistanın 5 vətəndaşı və Türkiyənin 1 vətəndaşı da daxil edilib.

Nazirlik yeni sanksiyaların neft tankerlərinə də şamil olunduğunu və bunun İran İslam Respublikasının kölgə donanmasının qalan hissəsinin fəaliyyətini faktiki olaraq iflic edəcəyini bildirib.

ABŞ-ın maliyyə naziri qeyd edib ki, nazirlik Tehranın avtoritar hakimiyyətini regionda müharibələri qızışdırmaq üçün istifadə etdiyi maliyyə mənbələrindən məhrum etməyə çalışır.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyaya məruz qalan neft tankerləri İranın milyonlarla barrel xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının Cənubi və Şərqi Asiyanın müxtəlif bazarlarına daşınmasında iştirak ediblər.

Həmçinin yoxlayın

Traxtur komandası bərabər hesabla liderliyini qoruyub

GADTB: Azərbaycan təmsilçisi Traxtur Təbrizin Səhənd stadionunda (“Qurdlar dərəsi”) 50 mindən çox azarkeşin iştirakı ilə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …