
GADTB: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün, bazar ertəsi, 20 mehr tarixində hərbi təlimlər çərçivəsində genişmiqyaslı raket atışları həyata keçirib. Yeni müharibənin başlama ehtimalının artdığı bir vaxtda SEPAH bu sınaqlarla hərbi hazırlığını gücləndirir.
SEPAH bazar günü, 19 mehr tarixində də İran ərazisində iki mərhələdə sınaq raketləri buraxmışdı. İsrailin 14-cü kanalının məlumatına görə, İran İslam Respublikası bu təlimlər zamanı onlarla ballistik raket atıb.
Bu raket sınaqları İsrail mediasının son məlumatlarından sonra həyata keçirilib. İsrail KİV-ləri son günlər İsrail ordusunun İrana qarşı hücumları yenidən başlatmağa hazırlaşdığı barədə xəbərlər yayıblar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi