
GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş olunacaq.
Əlimuradi bununla bağlı məlumat yayıb. Film Urmiya gölündə baş verən ekoloji problem və onun ətraf bölgədə yaşayan insanlar, xüsusən uçaqlara mənfi təsirlərindən bəhs edir.
Qeyd edək ki, “Gölün uşaqları” filmi indiyə bir neçə ölkədə, o cümlədən İtaliya və Finlandiyada da nümayiş etdirilib və 2014-cü ildə Finlandiya Film Festivalında ən yaxşı qısametrajlı film mükafatına laiq görülüb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi