
GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən əziyyət çəkdikdən və xəstəxanada müalicə aldıqdan sonra vəfat edib.
Əslən Ərdəbildən olan və Tehranda yaşayan şair ömrünü Azərbaycan türkcəsində yaddaqalan, tənqidi və folklor ruhlu şeirlərin yaradılmasına həsr edib. Onun “Məzarıstan” adlı məşhur şeiri, eləcə də tənqidi və ictimai məzmunlu əsərləri dəfələrlə Azərbaycanın tanınmış sənətçiləri və aşıqları, xüsusilə Aşıq Məhəmməd Fərzanəgan tərəfindən ifa olunub.
Bu görkəmli ədibin vəfatı Azərbaycan incəsənəti, poeziyası və mədəniyyətinin sevənləri üçün ağır itkidir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi