
GADTB: Azərbaycanın ürəyi olan Urmiya şəhərinin Əbuzər küçəsində kürd terrorçu qruplarının tərəfdarlarından biri mağazasına “Rojava” adını verib. Kürd dilində “Qərbi Kürdüstan” mənasını verən bu termin kürd terrorçu qruplarının siyasi və kimlik təbliğatında Suriyanın şimal və şimal-şərqindəki kürdlərin yaşadığı əraziləri ifadə etmək üçün işlədilir.
Bu ad Qamışlı, Həsəkə və ətraf ərazilər, Eyn əl-Ərəb (Kobani), Afrin, Rəqqə ətrafındakı bölgələr və Suriyanın şimal-şərqinin bəzi hissələrini əhatə edən ərazilərə aid edilir.
Bölgənin tarixi, coğrafi və kimlik baxımından həssaslığı nəzərə alındıqda, Urmiyada bir ticarət obyektinə belə bir adın verilməsi ictimaiyyət arasında müzakirələrə və reaksiyalara səbəb olub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi