
GADTB: ABŞ-ın müharibə naziri Pit Heqset Pentaqonda etdiyi son çıxışında bildirib ki, Vaşinqton İranın nüvə silahına sahib olmayacağını deyəndə, bunu həqiqətən nəzərdə tutur. O, İslam Respublikası ilə müharibəni Tehranın heç vaxt atom bombasına sahib olmamasını təmin edəcək “cəsarətli və tarixi” cəhd kimi xarakterizə edib.
Heqset ordunun yenidən qurulması prosesini davam etdirmək üçün Konqresi ən azı 350 milyard dollarlıq qanun layihəsini qəbul etməyə çağırıb. Onun sözlərinə görə, Müdafiə Nazirliyinə “təhlükəli dünyada” öndə olmaq üçün bu büdcə lazımdır.
Heqset ABŞ-ın hərbi qüdrətinin yenidən qurulmasının və gücləndirilməsinin zəruriliyini vurğulayaraq, ən azı 350 milyard dollarlıq büdcənin təsdiqlənməsini də istəyib. O, demokratları və hökumətin siyasi rəqiblərini kəskin tənqid edərək bildirib ki, ABŞ Müdafiə Nazirliyi başladığı işi başa çatdırmaqda əvvəlkindən daha qətiyyətlidir və Birləşmiş Ştatların xarici və daxili düşmənləri ilə mübarizədən geri çəkilməyəcək.
ABŞ-ın müharibə naziri Pit Heqset deyib:
“Bildiyiniz kimi, təxminən iki il əvvəl bu pilləkənlərlə yuxarı qalxdığımdan bəri Prezident Trampın Müdafiə Nazirliyi ön sıralarda olmaqdan heç vaxt çəkinməyib. Prezidentin özü kimi, biz də geri çəkilmirik və bu, xüsusilə indi böyük əhəmiyyət daşıyır. Qarşıdakı aylar və illər nazirliyimiz və respublikamız üçün həyati əhəmiyyət kəsb edir.
Söhbət Prezidentin ‘Amerika birinci’ proqramından gedir. Söhbət nazirliyimizin ‘Güc vasitəsilə sülh’ strategiyasından gedir. Cəmi bu iki il ərzində, Prezident Trampın rəhbərliyi altında Müdafiə Nazirliyini özünün əsas missiyasına, yəni müharibə aparmağa qaytarmışıq.
Biz DEI adlandırılan müxtəliflik, bərabərlik və inklüzivlik siyasətlərini kökündən ləğv etdik, səmərəsiz komandirləri vəzifədən uzaqlaşdırdıq, bütün dünyada çəkindirmə gücünü bərpa etdik, hərbi xidmətə qəbul göstəricilərini tarixi səviyyəyə çatdırdıq və ordumuzu, eləcə də müdafiə sənayesi bazamızı yenidən qururuq. Ordumuzu əvvəlkindən daha böyük, daha yaxşı və daha güclü edirik”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi