Cümə , Noyabr 6 2026
azfa

İrana qarşı hücum üçün ciddi hazırlıq gedir

GADTB: ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatları noyabrın 9-da bərpa etmək ehtimalını nəzərdən keçirir.

“Fox News” telekanalı mənbələrinə istinadən xəbər verir ki, məsələ ilə bağlı çərşənbə və cümə axşamı günləri Ağ Evdə müzakirələr aparılıb.

Mənbələrin bildirdiyinə görə, mümkün əməliyyatın noyabrın 9-da başlanması variantı da müzakirə olunur. Bu tarixin seçilməsi ehtimallardan biri kimi yeni ayın görünməsi və bunun hərbi əməliyyatlar üçün əlverişli şərait yarada biləcəyi ilə əlaqələndirilir.

Telekanalın məlumatına əsasən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi əməliyyatların bərpası üçün hazırlıqları artıq yekunlaşdırıb. Bununla belə, komandanlıq hələlik əməliyyatların başlanması ilə bağlı yeni göstəriş almayıb.

Həmçinin yoxlayın

Pit Heqset: İslam Respublikası heç vaxt nüvə silahına sahib olmayacaq; biz müharibəyə yenicə başlamışıq və işi sona çatdırmaqda qərarlıyıq

GADTB: ABŞ-ın müharibə naziri Pit Heqset Pentaqonda etdiyi son çıxışında bildirib ki, Vaşinqton İranın nüvə …

BMT Baş katibi İranda repressiyaların gücləndiyini deyir

BMT-nin Baş katibi Antonio Quterreş cümə axşamı yayımlanan və BMT Baş Assambleyasına təqdim edilən hesabatında …