
GADTB: Əkbər Şəriətin müəllifi olduğu, Məhəmmədrza Qənbərinin quruluş verdiyi və Mehdi Səmsarinin prodüserliyi ilə hazırlanan türkcə “Sallax” tamaşasının rəsmi posteri yayımlanıb.
Posterin yayımlanması ilə tamaşanın təqdimatı və onunla bağlı rəsmi məlumatlandırma prosesi yeni mərhələyə qədəm qoyub.
“Sallaq” türkcə tamaşadır. Əsərin hadisələri təxminən yarım əsr əvvəlki Təbrizdə cərəyan edir. Tamaşa Təbrizin tanınmış teatr aktyorları və sənətçilərindən ibarət kollektivin iştirakı ilə hazırlanıb.
Tamaşada Məhəmmədrza Qənbəri, Mehdi Səmsari, Səmanə Babazadə, Fəriba Sührabi, Leyli Yəraqi, Hadi Bəxtiyari, Əli Manafı, Hüsam Kazımi, Omid Vala, İbrahim İbadi, Fərhud Muxtarian və Pəriya Məhərrəmi rol alırlar.
“Sallax” yaxın günlərdə Təbriz Şəhər Teatrında səhnəyə qoyulacaq. Biletlərin satışı EBILIT.COM saytı vasitəsilə həyata keçirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi