
GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Sato Fransa parlamentində çıxışı zamanı bildirib: “İslam Respublikası müharibə dövründə belə edamları dayandırmayıb”. O əlavə edib ki, Dey ayı etirazları ilə əlaqədar azı 39 nəfər edam olunub və onların ən azı beşi ictimaiyyət qarşısında edam edilib.
Sato çərşənbə günü, 27 aban tarixində, həmçinin deyib: “İslam Respublikası rəsmiləri insan hüquqlarının pozulması və etirazçıların repressiyaya məruz qalması məsələsindən diqqəti yayındırmaq üçün müharibədən istifadə ediblər”. O vurğulayıb ki, müharibə Dey ayı etirazları zamanı baş verənlərin unudulmasına səbəb olmamalıdır.
BMT-nin xüsusi məruzəçisi əlavə edib: “Dey ayı etirazlarında həlak olanların ailələrinə təzyiqlər davam edir və hətta daha da güclənib”.
Onun sözlərinə görə, ailələr həqiqəti inkar etməyə məcbur edilir, onların yaxınları üçün anım mərasimləri keçirməsinə mane olunur və əmlaklarının müsadirə edilməsi ilə hədələnirlər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi