
GADTB: ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, İran İslam Respublikası razılaşma istəyir, lakin onun qəbul edəcəyi bir razılaşma deyil. O, Vaşinqtonun “real razılaşma” istədiyini vurğulayıb. Trampın sözlərinə görə, Tehran 51 ildir saxta razılaşmalarla insanları aldadır.
ABŞ prezidenti daha əvvəl də dəfələrlə Tehranın razılaşma yolu ilə müharibəyə son qoymaq istədiyini bildirmişdi. Lakin onun sözlərinə görə, İran İslam Respublikası tərəfindən irəli sürülən təkliflər Vaşinqton üçün qəbuledilməzdir.
Bu arada, Tramp cümə axşamı verdiyi üç ayrı müsahibədə İrana qarşı yeni hərbi hücumlar həyata keçirilməsi barədə qərar qəbul etmək üçün tələsmədiyini bildirib və gələn təqvim ilinin əvvəlini mümkün qərarvermə vaxtı kimi göstərib.
Tramp benzin qiymətlərinin ABŞ-ın İranla bağlı fəaliyyətinin nəticələrindən də asılı olduğunu deyib. O, İran İslam Respublikasına qarşı ABŞ-ın hərbi əməliyyatından əvvəl Ayova ştatında bir qallон benzinin 1,85 dollar olduğunu xatırladıb.
ABŞ prezidenti noyabrın əvvəlindən bəri xam neftin qiymətinin 20 faiz ucuzlaşaraq bir barel üçün təxminən 80 dollara düşdüyünü bildirib. Onun sözlərinə görə, benzinin bir qallonu da bir ay əvvələ nisbətən 60 sent ucuzlaşıb.
Tramp ABŞ iqtisadiyyatını inkişaf etmiş böyük ölkələr arasında ən sürətlə böyüyən iqtisadiyyat adlandırıb. O, prezidentliyinin başlanğıcından bəri sənaye istehsalının ardıcıl 10 ay artdığını və 25 trilyon dollar həcmində yeni sərvət yaradıldığını bildirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi