SEPAH rəsmisindən əhalinin rejimi istəməməsinə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejimin İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məhəmməd Əli Cəfəri etiraf edib ki, əhalinin rejimi istəmir. O deyib: “Əsas təhlükə xarici hədələr yox, daxildəki liberal düşüncələrdir”.

Ə. Cəfəri iddia edib ki, İran rejimi əcnəbilərin hər növ hədəsinə cavab vermək üçün tam hazırdır: “Düşmənlər tərəfindən edilən hədələr o qədər də ciddi deyil. Biz bu hədələrə cavab vermək iqtidarındayıq. Ölkə daxilində olan təhlükələr daha ciddidir”.

O qeyd edib ki, 40 ildir islam inqilabı müxtəlif sanksiya və hədələrlə üzləşir: “Hazırda bu hədələrin və sanksiyaların ən zirvə nöqtəsinə çatmışıq. Onların icra edə bilmədikləri yeganə hədələri hərbi müdaxilədir. Bilirlər ki, hərbi təcavüz edərlərsə, bu, onlar üçün çox baha başa gələcək”.

Ə. Cəfəri ölkə daxilindəki problemlərdən danışaraq bildirib ki, bu problemlərin kökü liberal düşüncədədir: “Təəssüflər olsun ki, Qərb və liberal düşüncə bir xora kimi ölkənin canına düşüb. Rəhbərin humanitar fənnlərdə dəyişiklik edilməsinin zəruriliyini vurğulaması qeyri-islami və Qərb düşüncələrini məhv etmək üçündür”.

Ötən 40 ildə Qərb baxışı və liberal düşüncənin ölkənin icra orqanlarında bir növ, iştirakı olduğunu deyən M. Ə. Cəfərinin sözlərinə görə, icra orqanlarında bəzi düşüncələr xalqın iradəsi ilə dəyişməsə, belə də davam edəcək.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …

Bir cavab yazın